Dmanisi yerli özünüidarəsi polis əməkdaşları üçün
termostəkanlar, pul kisələri və yaddaş kartları satın alır.
Dmanisi meriyası ilə fərdi sahibkar Tsiala Sokuraşvili arasında
imzalanmış sadələşdirilmiş satınalma müqaviləsinə əsasən, meriya
polislər üçün müxtəlif növ hədiyyələr alacaq.
Sadələşdirilmiş satınalma sənədinə görə, meriya 53 polis əməkdaşına
Polis Günü münasibətilə hədiyyələr təqdim edəcək.
Dmanisi meriyası 53 ədəd hədiyyə qutusuna
636 lari ödəyəcək, 1 537
lariyə 53 ədəd 500 millilitrlik brendləşdirilmiş termostəkan
alacaq, eyni sayda pul kisəsinə yerli özünüidarə 1 325 lari
xərcləyəcək, 53 ədəd 128 qiqabaytlıq yaddaş kartını isə 2 544
lariyə satın alacaq.
Dmanisi meriyasına 2026-cı ildə polis işçiləri üçün Polis Günü
təbrik hədiyyələri ümumilikdə 6 042 lariyə başa gələcək.
Qeyd edək ki, Dmanisi meriyası ötən il, yəni 2025-ci ildə polislərə
4 210 lari dəyərində şərab hədiyyə etmişdi. Meriya ötən il
hədiyyələri 43 polis əməkdaşı üçün satın almışdı.
Gürcüstanda Polis Günü 31 may tarixində qeyd olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.