Dmanisidəki Oruzman abidəsində 1,8 milyon illik insanın alt çənəsi aşkar edilib

Dmanisi bələdiyyəsində yerləşən Oruzman abidəsində 1,8 milyon il əvvələ aid insana məxsus alt çənə sümüyü aşkar edilib.


Qazıntılar Kvemo Kartli bölgəsində 20 nəfərlik arxeoloqlar qrupu tərəfindən aparılıb.

İliya Dövlət Universitetinin dəvət olunmuş müəllimi və arxeoloq Qiorqi Bidzinaşvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, bu arxeoloji kəşf Afrikadan kənarda ilk insanların məskunlaşmasının məhz Kvemo Kartli ərazisində baş verdiyini bir daha təsdiqləyir.

“Bir neçə gün əvvəl Oruzmanda 1,8 milyon il əvvələ aid, Avrasiyada məlum olan ən qədim insana məxsus alt çənə sümüyü aşkar etdik. 2024-cü ildə bu ərazidə insan dişi tapılmışdı. 2025-ci ildə isə beynəlxalq ekspedisiya ilə

birgə aparılan qazıntılar zamanı bu yeni tapıntı ilk dəfə Afrikadan kənarda qədim insanların yaşadığını təsdiqlədi. Bu, çox yüksək əhəmiyyətə malik bir kəşfdir və dünya ictimaiyyətinin diqqətini yenidən bu bölgəyə yönəldəcək. Söhbət ilk insan əcdadlarının izlərinin aşkar edilməsindən gedir. Bütün bu işləri öz gücümüzlə həyata keçirmişik. Əgər sponsorlar olarsa, çox məmnun olarıq. Bu işi ölkəmiz üçün vacib hesab edirik və istənilən şirkətlə əməkdaşlıq etməyə hazırıq,”
– deyə Qiorqi Bidzinaşvili bildirir.

Qazıntılarda müxtəlif ölkələrdən gəlmiş alimlər və tələbələr də iştirak ediblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google