“Gürcü Arzusu” Dmanisi meri vəzifəsinə hazırkı mer, Koba
Muradaşvilini namizəd göstərib. Koba Muradaşvili 2021-ci il yerli
özünüidarəetmə seçkilərindən sonra Dmanisi meri olub.
Koba Muradaşvili və həyat yoldaşı Lia Muradaşvilinin mülkiyyətində
Tbilisidə mənzillər və qarajlar, Tbilisi və Tetritskaroda torpaq
sahələri, Dmanisidə yaşayış evi və Batumidə mənzil var.
Koba Muradaşvilinin mülkiyyətində 2023-cü ildə 6 000 ABŞ
dollarına
aldığı Dmanisi şəhərində yerləşən yaşayış evi var. 2021-ci ildə
Muradaşvili 61 850 ABŞ dollarına Tbilisi şəhərində 111,7 kv.m-lik
mənzil alıb, 2023-cü ildə 19 200 ABŞ dollarına Batumidə 32 kv.m-lik
mənzil, 2008-ci ildə isə 1 000 lariyə Tetritskaroda 2 093,08
kv.m-lik torpaq sahəsi alıb.
Koba Muradaşvilinin həyat yoldaşı Lia Muradaşvilinin
mülkiyyətində Tbilisi şəhərində 4 mənzil var:
2017-ci ildə 25 000 ABŞ dollarına 59,6 kv.m-lik mənzil;
2021-ci ildə 25 000 ABŞ dollarına 84,70 kv.m-lik mənzil;
2015-ci ildə 70 000 ABŞ dollarına 113,4 kv.m-lik mənzil;
2017-ci ildə 25 000 ABŞ dollarına 59,6 kv.m-lik mənzil.
Lia Muradaşvili həmçinin biri 2024-cü ildə 14 000 ABŞ dollarına,
digəri isə 2019-cu ildə 5 000 ABŞ dollarına aldığı iki qaraja
sahibdir. Onun mülkiyyətində Tbilisidə yerləşən, 5 000 lariyə
aldığı 200 kv.m-lik torpaq sahəsi də var.
Əmlak bəyannaməsinə görə, Koba Muradaşvili 11 000 larini nağd pul
şəklində saxlayır.
Koba Muradaşvili 2024-cü ildə Dmanisi Bələdiyyəsinin meri
vəzifəsində maaş olaraq 57 791 lari 52 tetri alıb. Onun həyat
yoldaşı Lia Muradaşvili isə Gürcüstan Dəmir Yolunda baş mütəxəssis
işləyir və 2024-cü ildə maaş olaraq 16 365 lari 15 tetri alıb.
Əmlak bəyannaməsinə əsasən, Koba Muradaşvili və həyat yoldaşının
daşınan əmlakı yoxdur.
“Marneuli” radiosu