Dar
paltarlar orqanların sağlamlığına mənfi təsir edir, xüsusilə dar
cins kimi sərt parçalar bu zərəri iki dəfə artırır.
Dar
paltarların bədənə verdiyi zərərlərlə sizi tanış edirik.
Qan dövranına mane olur
Beli və ayaqları çox sıxan paltarlar qan dövranına birbaşa mane
olur. Odur ki, qan dövranını təmin etmək üçün ürək daha çox
fəaliyyətdə göstərməli olur. Ayaqlar üçün qan dövranı çox
əhəmiyyətlidir, çünki normal qan dövranı onların şişməsinin
qarşısını alır.
Qan dövranının zəifləməsi sağlamlığınız üçün təhlükəlidir. Bu zaman
insan özünü bütün gün yorğun və əzgin hiss edir.
Sellülitlərinizi çoxaldır
Sellülit qadınların ən böyük kabusudur. Dar paltarlar isə sellülit
əmələ gəlməsinə meyilli olan dərilərdə sellülitlərin dərinləşməsinə
və yayılmasına səbəb olur.
Qocaldır
Dar paltarlar hüceyrə oksidləşməsinə səbəb olur və orqanizmi
qocaldır. Dar paltarlardan dolayı ağciyərlər və nəfəs borusundakı
təzyiq düzgün nəfəs almağa mane olur. Döş qəfəsi qaz mübadiləsini
lazımi şəkildə təmin etmədikdə, hüceyrələrin oksidləşməsi
sürətlənir. Bu da tez qocalmağa səbəb ola bilər.
Kürək ağrısına səbəb olur
Dar cins şalvar və ya sərt parçalı hər hansı paltar budları sıxır
və bu zaman bədənin ağırlığını daşımaqda çətinlik çəkir. Qol və
ayaqlar rahat hərəkət edə bilmədikdə gecələr kürəkdə kəskin ağrılar
hiss edilir.
Vagina göbələyi
Geyimlərin orqanizmə çox yaxın olması temperaturu və rütubət
nisbətini artırır. Dar geyimlər genital bölgədə göbələk və
bakteriyaların əmələ gəlməsi üçün şərait yaradır. Bu, pis qoxu və
ya maya infeksiyaları kimi problemlərə səbəb ola bilər.
Köklük
Dar paltar bağırsaqlarınızı sıxır. Həmçinin mədənizə təzyiq
göstərən paltarlar metabolizm sürətinin azalmasına səbəb olur.
Metabolizm sürətini düşməsi isə sonralar köklüyə gətirib
çıxaraq.
Qoç
- Triton və Arielin münasibətləri yaxın ətrafınızdakı insanlardan,
yaxud da tərəfdaşlardan birini planlaşdırdığınız işi alt-üst etməyə
sürükləyir. Bu gün problemi təkbaşına həll edin, kimsədən məsləhət
almayın.
Forbes-in 2019-cu ilin milyarderləri siyahısına
əsasən, hazırda dünyanın ən varlı adamı Amazon-un yaradıcısı Jeff
Bezos-dur. Sərvəti 222 milyard manat (131 milyard dollar) təşkil
edən Bezos, müasir tarixin ən zəngin insanı hesab
olunur.
Əgər siz enerji
mənbəyi axtarırsızsa xurma ən gözəl seçiminiz ola bilər. Fiziki
gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma
yeyilərsə cəmisi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və
gümrahlıq bərpa olunar.
WhatsApp istehsalçıları ismarıclar barədə əlavə
məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara
biləcək yeni funksiyanı test edirlər.