თეგები : Marneulifm
სტატიები
Ən faydalı içkilərin SİYAHISI
Ən faydalı içkilərin SİYAHISI
Məlum olduğu kimi insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır. Qazlı su, paketlənmiş şirə və yoqurtları unudun.
სრულად
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir.
სრულად
12 mart üçün ulduz falı
12 mart üçün ulduz falı
Qoç - gərgin situasiya sizi sınağa çəkir. Təmkinli davranın. Fəaliyyət prosesində ənənəvi çərçivələrdən kənara çıxmayın. Tərəfdaşlarınızın da aktiv işləmələrinə şərait yaradın.
Günün ikinci yarısında problemlərin mahiyyətinə varın, sizin rahat yaşamınıza mane olan məsələləri aşkarlayın. İfrata varmayın, neqativ emosiyalara qərq olmayın.
სრულად
“iPhone”-lar artıq suda da çalışacaq
“iPhone”-lar artıq suda da çalışacaq

2019-cu ilin "iPhone"-u, çox güman ki, suyun altında olduğu zaman da çalışacaq.

სრულად
11 mart üçün ulduz falı
11 mart üçün ulduz falı
Qoç - günün ilk yarısında ehtiyatlı olun. İşdə rəhbərliklə mübahisə etməyin, riskli addımlar atmayın. Nələrsə dəyişir. Yeniliklərin məhvərini anlamağa çalışın. Maraqlarınızı nə qədər aktiv qorusanız, sədlərlə mənaeləri bir o qədər sürətlə dəf edə bilərsiniz.
სრულად
9 mart üçün ulduz falı
9 mart üçün ulduz falı
Qoç - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.
სრულად
"Marneuli" radiosunun top onluğu
"Marneuli" radiosunun top onluğu
"Marneuli" radiosunun efirində 1 həftə ərzində dinləyicilər tərəfindən sifariş olunan mahnıların top onluğunu təqdim edirik
სრულად
Çin imperatorunun 121 arvadı olub. Onlardan kiminlə nə vaxt yatmaq riyazi yolla müəyyən edilib
Çin imperatorunun 121 arvadı olub. Onlardan kiminlə nə vaxt yatmaq riyazi yolla müəyyən edilib
Vaxtın ölçülməsindən dəniz naviqasiyasınadək - riyaziyyat tarixən qədim sivilizasiyaların inkişafında mühüm rol oynayıb.

Qərb sivilizasiyasında riyaziyyatın tarixi Qədim Misir, Mesopotamiya və Qədim Yunanıstandan başlayır. Lakin bu dövlətlərin süqutundan sonra Qərbdə riyaziyyat bir neçə yüzillik ərzində inkişafdan qaldı.

Bu dövrdə Şərqdə riyaziyyatın inkişafı yeni zirvələrə qalxdı.

Qədim Çində 9000 km uzunluğu olan Böyük Çin səddinin layihələşdirilməsində və inşasında riyaziyyat əsas alət rolunu oynayıb.

Çin imperatorunun saray əhlinin həyatı rəqəm və riyazi ədədlərlə müəyyən edilirdi.



Riyaziyyat və planlaşdırılma

İmperatorun planları və qərarları təqvimə və planetlərin hərəkətinə uyğun qurulurdu. Riyazi modellər imperatorun gününün və hətta gecəsinin necə keçəcəyini müəyyən edirdi.

İmperatorun vəzirləri, misal üçün, imperator hərəmxanısandakı qadınlardan heç birinin diqqətsiz qalmaması üçün müəyyən riyazi distur icad etmişdilər.

İmperatorun gecələrinin cədvəli həndəsi silsilə əsasında qurulmuşdu. Əfsanəyə görə, imperator 121 qadından ibarət hərəmxanasının hər bir üzvü ilə 15 gecədən ibarət dövr ərzində yatmalı idi.

İmperatorun 121 qadını bunlar idi: imperatriça, üç böyük arvadı, doqquz digər arvadı, 27 məşuqəsi və 81 kənizi.

Qadınların hər bir növbəti qrupu əvvəlki qrupdan sayca üç dəfə çox idi. Birinci gecə imperatriçanın idi.

Sonrakı gecəni imperator üç böyük qadını ilə keçirməli idi.


Üçüncü gecə qalan doqquz arvad üçün idi.

Daha sonrakı üç gecəni imperator 27 məşuqəsi ilə keçirməli idi - hər gecə onun yanına 9 məşuqəsi gəlirdi.

Qalan gecələri isə imperator kənizlərilə keçirirdi - hər gecə onun yanına yenə də doqquz kəniz gəlirdi.

Bu cür "cədvəl" imperatorun, hərəmxanasının "yüksək ranqlı" qadınları ilə gecəni ayın bədirlənməsi dövründə keçirməsini təmin etməli idi.

Nəticədə, Çin fəlsəfəsində qadın gücünün "in" adlanan pik dövrü və imperatorun "yan" kişi gücünə uyğun gəlməli di.

İmperatorun vəzirləri belə cədvəl tutmaqla ilk növbədə imperatorun layiqli varislərinin, daha dəqiq deyilsə, mümkün varislərdən ən yaxşısının dünyaya gəlməsini təmin etməyə çalışırdılar.

Digər dövlət işləri də riyaziyyat əsasında aparılırdı.


Riyaziyyata maraq

Çində 10 rəqəmi əsasında qurulan hesablama sistemi Qərblə müqayisədə 1000 il əvvəl istifadə olunmağa başlanıb.

Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı İmperatorun hökmü ilə eramızdan 2800 il əvvəl ilahi qüvvələr tərəfindən yaradılıb.

O dövrdə çinlilər rəqəmlərin kosmosdan Yerə göndərildiyinə inanırdılar.

Rəqəmlərin sehrli gücünə Çində bu gün də inanırlar.

Tək ədədlər kişi mənşəli, cüt ədədlər isə qadın mənşəli sayılır.

4 rəqəmindən Çində hamı kənar durmağa çalışırsa, 8 rəqəmi, əksinə, Çində xoşbəxtlik gətirən rəqəm sayılır.

Eramızın VI əsrində Çində irəli sürülmüş ədəd qalıqlarına dair riyazi teorem astronomiyada istifadə olunub, planetlərin hərəkət trayektoriyasının hesablanmasına tətbiq edilib.

Həmin nəzəriyyədən indiyədək istifadə olunur, misal üçün, internet şəbəkələrində məlumatların kodlaşdılrılması üçün.

Məqalənin müəllifi - Marcus du Sautoy, Oxford Universitetinin riyaziyyat professoru və BBC-nin "Riyaziyyat tarixi " adlı proqramının aparıcısı.


Mənbə: BBC

სრულად
8 mart üçün ulduz falı
8 mart üçün ulduz falı
Qoç - adi, sakit, rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin. Günün ikinci yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız, stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng vuracaq.
სრულად
Enerji və batareya ilə bağlı bildiyimiz yanlış məlumatlar
Enerji və batareya ilə bağlı bildiyimiz yanlış məlumatlar
Mobil telefonlar artıq bir neçə ildir ki, həyatımızın ayrılmaz parçasına çevrilib və telefonlarla bağlı ən böyük problemlərdən biri də batareya və enerji ilə bağlıdır. Bəs batareya haqqında bildiyimiz bəzi məlumatlar həqiqətən doğrudurmu?
სრულად