Bu gün, Tbilisidə Azadlıq meydanında “Gürcü Arzusu” partiyasının
keçirdiyi seçkiqabağı görüşdən irəli gələrək avtomobillərin
hərəkəti məhdudlaşdırılıb.
“Məncə, öz mövqeyini bildirən gənclər, vətəndaş
fəallarıdır”, - baş nazir İrakli Kobaxidze 20 oktyabr
mitinqinin iştirakçılarına lazer işıqları ilə maneçilik törədən
şəxslərlə bağlı suala cavab verərkən deyib.
20 oktyabr tarixində “Gürcü Arzusu” partiyasının nümayəndələri,
Marneuli şəhərinin meri Kənan Ömərov, Parlamentin üzvü Zaur
Darğallı və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
Sadaxlı kəndində əhali ilə görüş keçiriblər.
Hökumət administrasiyasında Gürcüstanın baş naziri İrakli
Kobaxidze jurnalistlərə bildirib ki, gələn ilin əvvəlindən “Gürcü
Arzusu” hamı ilə, o cümlədən “Qlobal Müharibə Partiyası” ilə
münasibətləri bərpa etməyi planlaşdırır.
“Niyə “Gürcü Arzusu” Amerika ilə tərəfdaşlığını 1,8%-ə görə
riskə atır”, - ABŞ səfirliyi “Gürcü Arzusu”nun ISFED qeyri-hökumət
təşkilatına qarşı bəyanatlarına və sui-qəsdlərinə belə cavab
verib.
Salome Zurabişvili senzura qanununu imzalamayıb. Söhbət “Gürcü
Arzusu”nun ailə dəyərlərinin və azyaşlıların qorunması motivi ilə
qəbul etdiyi qanundan gedir.
Hakim partiyanın parlament siyahısında bir nömrə olan Bidzina
İvanişvili ABŞ-ın Gürcüstandakı səfirliyinə verdiyi açıqlama ilə
cavab verib və ABŞ-ın Credit Suisse ilə Bidzina İvanişvili arasında
mübahisəyə aidiyyatı olmadığını açıqlayıb.