Qoç
- ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat
edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə
başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə
başlamayın: problemlər heç az deyil.
Qoç
- gərgin situasiya sizi sınağa çəkir. Təmkinli davranın. Fəaliyyət
prosesində ənənəvi çərçivələrdən kənara çıxmayın. Tərəfdaşlarınızın
da aktiv işləmələrinə şərait yaradın.
Günün ikinci yarısında problemlərin mahiyyətinə varın, sizin rahat
yaşamınıza mane olan məsələləri aşkarlayın. İfrata varmayın,
neqativ emosiyalara qərq olmayın.
Qoç - günün ilk
yarısında ehtiyatlı olun. İşdə rəhbərliklə mübahisə etməyin, riskli
addımlar atmayın. Nələrsə dəyişir. Yeniliklərin məhvərini anlamağa
çalışın. Maraqlarınızı nə qədər aktiv qorusanız, sədlərlə mənaeləri
bir o qədər sürətlə dəf edə bilərsiniz.
Qoç
- situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola
bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş
verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə
edə bilərsiniz.
Qoç - adi, sakit,
rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt
ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin. Günün ikinci
yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız,
stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni
olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng
vuracaq.
Qoç
- son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə,
prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti
minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət
sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu
aydınlaşdırmağa imkan verəcək.
Qoç - yaxın
gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə
gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş,
tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı
unudun.
Qoç
- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin
etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif
sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra
bütün bunları yerinə yetirmək çox çətin olacaq. Günün ikinci
yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin.
Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü
maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.
Qoç
- günün ilk yarısında tələskənliyə yol verməyin. Ünsiyyət çevrənizi
süni şəkildə genişləndirməyin. Yeni obyektlər maraq oyada bilər.
Aktiv olun, mənafelərinizin qulaqardına vurulmasına imkan
verməyin.
Qoç
- günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir.
Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı,
sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb
edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə
vaxtınız ola.