თეგები : Faydalı məlumatlar
სტატიები
Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı
Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı
Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər.
სრულად
2 qaşıq alma sirkəsi ilə MÖCÜZƏ
2 qaşıq alma sirkəsi ilə MÖCÜZƏ
Artıq çəkidən qurtulmağa yardımçı olan ən ideal vasitələrdən biri alma sirkəsidir.
Ta qədim zamanlarda misirlilər artıq çəkilərindən qurtulmaq üçün məhz alma sirkəsindən istifadə edib.
სრულად
Duzlu suyun bilmədiyimiz faydaları + Reseptlər
Duzlu suyun bilmədiyimiz faydaları + Reseptlər
Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə olunur və çox yaxşı müalicəvi təsir edir.
სრულად
Ürəyi möhkəm  və sağlam edən 5 növ qida
Ürəyi möhkəm və sağlam edən 5 növ qida
Britaniya diyetoloqlar assosiasiyası ürəyi möhkəmləndirən və xəstəliklərdən qoruyan 5 növ qida təqdim ediblər.
სრულად
1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? - ALİMLƏR AÇIQLADI
1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? - ALİMLƏR AÇIQLADI
Britaniyanın Sasseks universitetinin tədqiqatçıları "Quru yanvar" müsabiqəsinin nəticəsini elan ediblər.
სრულად
Alkoqollu içkilər intihara sürükləyir
Alkoqollu içkilər intihara sürükləyir
Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb.
Azalma xüsusilə Rusiyada müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox vaxt alkoqollu içkilər sürükləyir.

Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib. İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər.

Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə kəsilməsi demək deyildir.

Hazırda bütün dünyada intihar halları 1994-cü illə müqayisədə 38 faiz azalıb. Burada həm iqtisadi inkişaf, həm də sosial sahədə müsbət dəyişikliklər rol oynayıb.

Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün intihara qalxan insanın düşünməyə imkanı olur.

Dünya KİV-ləri də məsələyə ehtiyatla yanaşır, intihar üsullarından yazmır, oxucuları intihar fikrindən daşınmağa, çətin vəziyyətlərdə bir-birini dəstəkləməyə və dara düşən insana yardım əli uzatmağa çağıran materiallar yayırlar.

Mənbə: Milli.az
სრულად
Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər
Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər
Çinin Sun Yatsen Universitetinin alimləri "poxmel"lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər.
Mütəxəssislərin araşdırmalarına görə, limon şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə "poxmel"in əlamətlərini daha yaxşı aradan qaldırır.

Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.

Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir göstərir.

Alimlər qeyd ediblər ki, "poxmel" sindromunun yaranmasına səbəb təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm tərəfindən gec "sovurulmasıdır".


სრულად