“Abidə bizim ölkədə necə inteqrasiya siyasəti getdiyinin göstəricisi olacaq” - Zaur Xəlilov
“Abidə bizim ölkədə necə inteqrasiya siyasəti getdiyinin göstəricisi olacaq” - bu bəyanatı bizimlə söhbəti zamanı Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov verib.

Xəlilov 20 yanvarda Axalkalakinin kəndlərindən birində Qarabağ müharibəsi iştirakçısının büstünün qoyulması və sonra baş verən hadisələrlə bağlı danışıb. Onun sözlərinə görə, erməni və azərbaycanlı icmanın qarşıdurması Gürcüstanda yaşayan etnik azlıq nümayəndələrinin problemlərini aydın şəkildə göstərdi. Daha konkret desək Gürcüstan vətəndaşlarının özlərini dövlətin bir hissəsi hesab etməmələrini göstərdi.

Xəlilovun sözlərinə görə, qeyd olunan halda etnik erməni deputatlar abidənin açılışına elə gediblər ki, bunun Gürcüstan üçün hansı nəticə verəcəyi haqqında düşünməyiblər. Etnik azərbaycanlı deputatlara gəldikdə isə Xəlilov qeyd edib ki, onlar yalnız Azərbaycandan direktiv gəldikdə səslərini çıxarırlar.

“Neçə ildir ki, parlamentdədirlər. Ölkədə olduqca çox hadisə baş verdi və hamı öz fikrini bildirirdi, bunlar isə sakit dururdular, abidənin qoyulmasına isə ajiotaj qaldırdılar. Azərbaycandan qeydlər verilməsə onlar səslərini çıxarmırlar” - deyir Zaur Xəlilov.

Xəlilov qeyd edir ki, Gürcüstan hökuməti pis vəziyyətdədir, çünki Azərbaycan hakimiyyəti reaksiya göstərilməsini tələb edir. Reaksiya isə abidənin demontajı ola bilər. Bu isə öz növbəsində etnik işarə ilə qarşıdurmanın yaranmasına səbəb ola bilər.

Mülki İnteqrasiya Fondunun rəhbəri üçün Enzel Mkoyan və Samvel Manukyanın bəyanatı aydın deyil. onlar deyirlər ki, abidənin açılışının ajiotaj yaradacağını düşünmürlərmiş. Çünki özünün dediyinə görə, etnik azlıqların məskunlaşdığı regionlarda təhlükəsizlik xidməti olduqca aktiv çalışır. Bunu Barış və Mülki İnteqrasiya üzrə keçmiş nazir Paata Zakareişvili də təsdiq edirdi. Xəlilova aydın deyil ki, dövləti diplomatik qalmaqala qədər aparıb çıxaran belə fakt Dövlət Təhlükəsizlik Xidmətinin gözündən necə yayınıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები