Bir gücün əlində cəmlənən haqqlar digərlərinə də verilməlidir - Mirtağı Əsədov
Gürcüstan “Dövlət Əmlakı Haqqında” qanununun dövlət əmlakını pulsuz olaraq yalnız Pravoslav kilsəsinin mülkiyətinə verilməsi imkanını nəzərdə tutan normasını Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd hesab edib.
Müvafiq qərarı hakimlər kollegiyası ötən gün, 3 iyul tarixində verib.

Qeyd olunan norma ilə bağlı bir neçə dini təşkilat şikayət ərizəsi hazırlamışdı. Bu dini təşkilatlardan biri də “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi” idi. Həmin təşkilatın sədri Seyid Mirtağı Əsədovun dediyinə görə, Konstitusiya Məhkəməsinin bu qərarı Gürcüstan üçün çox mühüm və tarixidir.

Qeyd olunan norma ilə əlaqədar şikayəti “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”ndən başqa Gürcüstanda fəaliyyət göstərən bir neçə dini təşkilat, o cümlədən, İHHŞ “Gürcüstan Evanqelist-Baptist Kilsəsi”, İHHŞ “Gürcüstan Evanqelist-Lüteran Kilsəsi”, İHHŞ “Azad olunmuş Xristianların Müqəddəs Kilsəsi” və İHHŞ “Gürcüstan İncilə İnam Kilsəsi” hazırlamışdılar.

Konstitusiya Məhkəməsində mübahisənin mövzusunu “Dövlət Əmlakı Haqqında “ qanunun 63-cü maddəsinin birinci hissəsindəki “Gürcüstan Apostol Avtokefal Pravoslav” sözlərinin Gürcüstan Konstitusiyasının 14-cü maddəsi ilə münasibətdə qanunauyğunluğu təşkil edirdi. Məhkəmə onu da bildirib ki, əgər Gürcüstan hakimiyyətinin müvafiq qərarı olarsa Kilsənin mübahisəli normaya əsaslanaraq özəlləşdirilə biləcək istənilən növ əmlakı öz mülkiyyətinə ala bilər. Belə bir tənzimləmə əmlakın verilməsi və kilsənin xüsusi rolunun qəbul edilməsi arasında birbaşa məqsədyönlü əlaqələrin müəyyən edilməsini qeyri-mümkün edir. Məhkəmə qeyd edib ki, kilsənin xüsusi rolunun qəbul olunması onun tarixi töhfələri ilə bağlıdır.

“Mübahisəli normanın dövlət əmlakını pulsuz olaraq yalnız Pravoslav kilsəsinin mülkiyyətinə verilməsi imkanını nəzərdə tutan normativ məzmununu Konstitusiya Məhkəməsi Konstitusiyanın bərabərlik hüququnu nəzərdə tutan 14-cü maddəsinə zidd hesab edib” – Konstitusiya Məhkəməsinin qərarında yazılıb. “Marneuli” radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google