Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədrinin Mirtağı Əsədovun saxlanılması ilə bağlı məlumatı yoxdur
Dini Məsələlər üzrə Agentliyin sədri Zaza Vaşakmadze Şeyx Mirtağının həbs olunması məsələsi ilə bağlı məlumatsızdır. Vaşakmadze bizimlə söhbət zamanı dedi ki, o, şeyxin həbsi haqqında məlumatı media vasitələrindən alıb və hələ ki, artıq məlumatı yoxdur.

"Əlbəttə bu məsələni aydınlaşdıracağıq, amma hələ əlavə məlumat almalıyıq. Bəzi şeyləri dəqiqləşdirməliyik" - deyir Zaza Vaşakmadze.

Xatırladaq ki, "Ümum Gürcüstan Müsəlmanları Ali Dİni İdarəsinin" sədri Şeyx Mirtağı Əsədov Azərbaycan Respublikasının sərhəd buraxılışı məntəqəsində 7 noyabrda saxlanılıb.

Ola bilsin onun saxlanılması Gürcüstanda şiə müəslmanlarının hüququları və dini konfesiyaların bərabərhüquqluluğu üçün mübarizə aparması ilə əlaqədardır. İndiyə kimi Şeyx Mirtağı Əsədov rəsmi ittiham edilməyib və onunla vəkil görüşməyib.


Mirtağı Əsədov rəsmi olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət təşkilatları isə hakimiyyətin reaksiyasını gözləyirlər

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar

Print ელ. ფოსტა
FaceBook Twitter Google