Təzyiqlər altında etiraf – Azərbaycan məhkəməsi Seyid Mirtağı Əsədovun 30 günlük həbsini qüvvədə saxladı
Şeyx Mirtağı
Əsədov psixoloji təzyiq nəticəsində etiraf ifadəsi vermək
məcburiyyətində qalıb. Bu barədə məlumatı Əsədovun atası Seyid
Mirhüseyn Əsədov vəkillə danışdıqdan sonra
verib.
17 noyabr tarixində keçirilən məhkəmə prosesində Mirtağı Əsədova 30
gün azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmə protokoluna
əsasən Əsədov 8 noyabr tarixində Bakı küçələrindən birində
telefonla ucadan danışarkən ictimai asayiş qaydalarını pozub. Daha
sonra isə mülki geyimdə olan polislərin göstərişlərinə tabe
olmayıb, buna görə də polis idarəsinə aparılıb.
Vəkil deyir ki, ona Mirtağı Əsədovla ətraflı danışmaq üçün imkan
verilməyib. “Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsi”nin sədri
vəkilə yalnız onu xahiş edib ki, işi sona qədər aparsın və deyib
ki, psixoloji təzyiq və hədələr nəticəsində etiraf ifadəsini də
imzalayıb.
Şeyx Mirtağı Əsədov vəkillə söhbəti zamanı deyib ki,
Gürcüstan-Azərbaycan sərhədini keçərkən Azərbaycan sərhəd polisi
onu saxlaayıb və sonra isə Qazax polisi tərəfindən həbs olunub. Bu
məlumatı ailə üzvlərinə digər sərnişinlərlə yanaşı Mirtağı Əsədovu
da Bakıya aparan marşrut taksinin sürücüsü də verib.
Mirtağı Əsədovla vəkillə yanaşı onun həyat yoldaşı da görüşüb. Onun
dediyinə görə, Əsədov pis görünür və çəkisi də hiss olunacaq
dərəcədə azalıb.
Bu gün 18 noyabr tarixində Əsədovun ailəsinin yaşadığı Dəmyə
Görarxı kəndində İnsan Hüquqları Araşdırma və Monitorinq
Mərkəzinin, Tolerantlıq və Müxtəliflik İnstitutunun, Gürcüstan Xalq
Müdafiəçisinin nümayəndələri və Evanqelist-Baptist kilsəsinin
mitropoliti Malxaz Sonğulaşvili Seyid Mirhüseynlə görüşüblər.
Təşkilatların nümayəndələri Mirtağı Əsədovun Azərbaycan sərhədində
saxlanılmasını ailə üzvlərinin nə ilə əlqələndirmələri ilə, onun
həbsinin fəaliyyəti və kifayət qədər tənqidi yanaşdığı dövlət dini
idarəsinin fəaliyyəti ilə bağlı olub-olmaması, Gürcüstanda davam
edən seçkiöncəsi proseslərin həbslə əlaqəsinin olub-olmaması ilə
maraqlanıblar.
Mirtağı Əsədovun atası oğlunun saxlanılmasında Gürcüstanın marağı
olduğunu düşünmür.
“Mənim oğlumun yalnız öz təşkilatı var. O, ədalət tələb
edir. Bu xasiyyətdə adamdır.” – atası deyir və bunda
Azərbaycanın marağı olduğunu və dini baxımdan İran dövlətinin
təsirini araşdırdıqlarını güman edir.
“Ola bilsin ki, ikinci oğlumun İranda yaşaması və orada
fəaliyyət göstərməsinə görədir. Bunun üçün Mirtağıdan istifadə
etməyi düşünürlər.” – Seyid Mirhüseyn Əsədov deyir.
O, ümid edir ki, Gürcüstan dövlət strukturları Mirtağı Əsədovun
azad olunması istiqamətində fəal çalışacaqlar.
İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin bərabərllik
siyasəti proqramının direktoru Tamta Mikeladze “Marneuli” radiosu
ilə söhbəti zamanı Mirtağı Əsədovun səhhətinin yaxşı olmadığını
deyib və bildirib ki, “Gürcüstan hakimiyyəti Mirtağı Əsədovun
cəzaçəkmə müəssisəsində qeyri-insani rəftardan və ləyaqətinin
alçaldılmasından qorumaq üçün bütün imkanlardan istifadə
etməlidir”. Mikeladzenin dediyinə görə, Əsədovun vəkillə qısa
müddətli görüşü olub.
“Aydındır ki, bizim bu məsələ ilə bağlı çox sayda şübhə və
suallarımız var. Məhz Mirtağı Əsədovun Gürcüstandakı fəaliyyətinə
görə. O, Gürcüstan hakimiyyətinin dini azadlıqlar istiqamətində
siyasətinə qarşı kifayət qədər tənqidi yanaşırdı. Bu işdə birbaşa
Azərbaycan hakimiyyəti ilə əlaqəli digər maraqların olduğu da
istisna deyil, lakin bu istiqamətdə əsaslı cavabımız yoxdur.
Məsələnin monitorinqinə davam edirik. Beynəlxalq təşkilatların
resurslarından yerindəcə istifadə etməyə çalışırıq”. –
Tamta Mikeladze deyib.
Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi”nin sədri Şeyx Mirtağı Əsədov 7 noyabr tarixində Azərbaycan
respublikasının sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan
respublikasında 30 gün azadlıqdan məhrumetmə cəzası verilib.
Güman ki, onun saxlanılması Gürcüstanda şiə müsəlmanların
hüquqlarının və dini icmaların bərabər hüquqlu olması uğrunda
mübarizəsi ilə bağlıdır.
Bu
mövzuda:
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu
Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar
Mirtağı Əsədov rəsmi
olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət təşkilatları isə
hakimiyyətin reaksiyasını gözləyirlər
Azərbaycan məhkəməsinin hökmünə əsasən, Əsədov noyabrın 8-i, Bakıda
dələduzluq faktına görə həbs olunub