Potidə iki nəfər Qara Dənizdə çimərkən boğulub

Potidə Qara Dənizdə iki vətəndaş boğulub.

Bədbəxt hadisə ötən gün, 30 iyul tarixində Maltakva ərazisində baş verib.

Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, 51 yaşlı kişi və 58 yaşlı qadın çimmək üçün dənizə giriblər, lakin güclü fırtına nəticəsində sahilə çıxa bilməyiblər.

Agentlik Qara Dəniz sahilindəki 4 bal gücündə fırtınaya görə dənizə girməyi qadağan edib. Fırtınanın 31 iyul saat 10:00-dək davam edəcəyi gözlənilirdi.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google