Yanvar ayından məktəblərdə 2008-ci il avqust müharibəsi tarixinin tədrisinə başlanılacaq
Yanvar ayından məktəblərdə 2008-ci il avqust müharibəsi tarixinin tədrisinə başlanılacaq. Mövzu cari tədris ilinin ikinci yarısından keçiləcək yeni “Müdafiə və təhlükəsizlik” fənninə daxil edilir.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “İnterpresnyus”a verilən məlumata görə, nazirlik məktəblərdə bu dərsliyin tədrisinə Gürcüstan ordusunun tanıdılması və vətənpərvərlik ruhunun təşviq edilməsi məqsədilə qərar verib.

Onların sözlərinə görə, fənnin tədrisinə bir neçə məktəbdə pilot rejimində, 10-cu siniflərdə başlanılacaq.

Hazırda fənnin tədrisi üçün nazirlik tərəfindən 20 nəfərədək şəxs hazırlanıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები