Bələdiyyə Məclisinin yeni binasının tikintisi üçün elan edilmiş
tender ikinci dəfə baş tutmayıb.
Birinci tenderdə heç kim iştirak etməyib, ikinci tenderdə isə
yeganə iştirakçı “Mşen-Servis” MMC olub. Şirkət texniki sənədlərə
görə, tenderdən kənarlaşdırılıb. Marneuli meriyası 29 fevral
tarixində üçüncü tenderi elan edib. Tenderdə iştirak etmək istəyən
namizədlər 8-11 mart tarixində öz təkliflərini göndərə
bilərlər.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2023-cü ilin 22 mart
tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli Bələdiyyə
Məclisinin yeni binasının tikintisinə ehtiyac yaranması ilə bağlı
məlumat verib.
“Tender ona görə elan olunub ki, otaqlar yetərli deyil.
Siz də görürsünüz ki, kabinetlərdə iki nəfər əvəzində beş-altı
nəfər oturur və yer yoxdur. Orada oturan MMC və qeyri-kommersiya
təşkilatları yeni binaya keçəcəklər. İndi oturduqları bina qəzalı
vəziyyətdədir. Bu sökülməlidir və qərar verdik ki, onunyerində
Bələdiyyə Məclisi binası tikilməlidir. Bu yəqin ki, bir ildən sonra
olacaq”, - Amiran Qiorqadze bildirib.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Bələdiyyə Məclisi
binasının tikintisi üçün 22 yanvar tarixində tender elan edib.
Meriya Bələdiyyə Məclisi binasının tikintisinə yenidən eyni
vəsaiti, 2 156 344 lari xərcləyəcək. Binanın tikintisi üçün vəsait
2024-cü ildə 50%, 2025-ci ildə isə 50% yerli büdcə hesabına
maliyyələşdiriləcək.
Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta
sənədlərinin ahzırlanmasına 72 000 lari xərcləyib.