Marneulinin 8 küçəsində kanalların bərpası üçün beşinci dəfə tender
elan olunub.
Sonuncu tender 18 mart tarixində elan edilib və tenderdə heç bir
şirkət iştirak etməyib.
Marneuli meriyası bələdiyyə ərazisindəki suvarma kanallarının
bərpasını əvvəl 387 655 lariyə nəzərdə tuturdu, ancaq yeni tenderdə
vəsait 84 886 lari artırılıb və tenderin dəyəri indiki mərhələdə
472 541 lari təşkil edir.
Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhərinin
Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze,
20 yanvar küçələrində kanalların bərpası planlaşdırılır.
Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 19-22 aprel tarixində
öz təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə
bağlandıqdan 210 gün ərzində meriyaya işləri təhvil verməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.