Marneulidə yol nəqliyyat hadisəsində 4 avtomobil toqquşub - yaralılar var
Marneulinin Rustaveli küçəsində yol qəzası hadisəsi baş verib. Qəzada 4 avtomobil toqquşub. Təqribən 4 nəfər yaralanıb. Hadisə yerində yalnız bir təcili yardım xidməti briqadası çalışırdı. Onlar mərhələ ilə yaralıları xəstəxanaya aparırdılar. Yerində polis mobilləşib.

Zərər çəkənlərdən biri onu xatırlayır ki, qəzanı törədən avtomobobil yolun ona məxsus olmayan istiqaməti ilə hərəkət edirmiş.

Şahidlərin dediyinə görə, avtomobillərdən biri dəmirdən olan zibil qutusuna dəyib və nəticədə piyada xanım başından zədə alıb.

Marneuli Radiosuna DİN-dən bildirilən məlumata görə, bir neçə nəfər yüngül yaralanıb.

İstintaq CM-nin 276-cı maddəsinin birinci hissəsi ilə gedir. Maddə insan sağlamlığına yüngül zərər vurmaqla nəqliyyat hərəkətinin təhlükəsizliyi və ya ekspluatasiyasının qayda pozuntusunu nəzərdə tutur.




"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google