1 nömrəli marşurt taksilərin iş qrafiki artırla bilər
Marneulidə neçə ildir ki, əhalini marşrut taksilərin qaydasız hərəkət etmək qrafiki narahat edir. Onların dediyinə görə, əsas problem bir nömrəli nəqliyyat vasitəsindədir. Gec hərəkət edir və eyni zamanda çox sayda sərnişin daşıyır. Sərnişinlər bundan narazıdırlar.

Nəqliyyat vasitəsində xüsusən də yayda xoşagəlməz qoxu olur. Bundan əlavə nəqliyyat vasitəsi kəndlərə axşam saatlarına qədər işləmir.

Marneuliyə cəmi iki nəqliyyat şirkəti xidmət göstərir - "Marneuli bələdiyyəsinin avtoparkı" MMC, şirkətin direktoru Qiqa Calağniyadır və "Ekspres turist" MMC şirkətin direktoru Yuri Samxaradzedir.

Calağniyanın dediyinə görə saatların artırılmasını planlaşdırırlar amma nə vaxt buna cavabı yoxdur.

“İndi çalışmalar gedir ki, yaxın gələcəkdə vaxtı artıraq. Planlaşdırılır və həyata keçiriləndə əhaliyə də məlumat verəcəyik” - deyə bildirdi Qiqa Calağniya.

Yuri Samxaradze isə bizimlə söhnət zamanı qeyd etdi ki nəqliyyatın qaydasız qrafiki meriyanın balansında olan nəqliyyat vasitələrinə görə yaranır və hesab edir ki, əgər onların nəqliyyatı Saimerlo-Sereteli istiqamətində hərəkət edərsə problem heç onlarda da olmayacaq və hərəkət də davamlı olacaq.

“Necə yəni yetərli deyil. Bələdiyyənin avtomobilləri başımızı qatıblar. Başdan dedik ki, Sereteliyə qədər gedək onlar razılaşmadılar və pereyezd adlanan yerə qədər gedirlər. Biz özəl şirkətik və gəlirə görə çalışırıq heç kim bizi maliyəələşdirmir. Axıra qədər getsələr qrafik də pozulmaz” – deyə bildirdi Yuri Samxaradze.

Samxaradzenin dediyinə görə Marneulidə indi gündə 10-12 nəqliyyat vasitəsi xidmət göstərir. Öz işinin dəqiqliyindən isə əmindir. Marneulidə hərəkət edən nəqliyyata gəldikdə isə təqribən 20-yə qədərdir.
Ancaq əhalini bu qane etmir. Nəqliyyatın və saatların artırılmasını tələb edirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google