Kvemo Kartli bölgəsində dövlət proqramları və xidmətlər haqqında məlumat xarakterli görüşlər keçiriləcək
Bu gün 6 iyun tarixində Kvemo Kartli qubernatoru Qriqol Nemsadze dövlət proqramları və xidmətləri haqqında məlumatları nəzərdə tutuan məlumat kampaniyası barəsində məlumat xarakterli görüş keçirib.

Görüş Rustavi şəhərində dövlət müvəkkili – qubernator administrasiyasında keçirilib. Kampaniyanın məqsədi dövlətin müxtəlif istiqamətlərdə onlara təklif etdiyi məsələlər və imkanlar haqqında hər bir vətəndaşın başa düşəcəyi dildə məlumat almasıdır.

Qriqol Nemsadze bildirdi ki, bu günkü görüş çox mühümdür və onların təşəbbüsü və həmçinin Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Aparatının dəstəyi ilə ictimaiyyətin dövlət proqramları və xidmətlər haqqında məlumatlandırılmasına yardım edəcək məlumat kampaniyasının keçirilməsi planlaşdırılır.

"Çoxlu maraqlı proqramlar var və fikirləşirəm ki, ictimaiyyətin bu barədə məlumat alması çox mühümdür. Bildiyiniz kimi burada müxtəlif millətlər yaşayır və biz maksimal şəkildə çalışacağıq ki, ehtiyac olarsa onlar başa düşə biləcəkləri dildə məlumat alsınlar. Bu əhalinin məlumatlığını artıracaq, həmçinin bölgə miqyasında məlumatlılıq göstəricisini yaxşılaşdıracaq"
- deyə bildirdi Qriqol Nemsadze.



Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Zaza Boxuanın dediyinə görə, Səhiyyə Nazirliyi əhaliyə onların başa düşə biləcəyi dildə məlumat verməyə hazırdır.

"Fəaliyyət planları hazırlanıb. Sosial, həmçinin ümumi səhiyyə bu hazırlanıb və 11 iyun tarixindən başlayaraq həyata keçirəcəyik" - deyə bildirdi Zaza Boxuanı.



Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili məlumat kampaniyasının keçirilməsini mühüm hesab edir və deyir ki, maraqlanan və hazır olan şəxslərə onların yanında işlə təmin olunmaq imkanı veriləcək.

"Bölgədə 7-8 xidmət var. Bunlar Milli Meşə Departamenti, məhsul təhlükəsizliyi, mexanizasiya, meliorasiya və s. Bizim bölgələrdə bu proqramlarla məşğul olan insanlar var"
- deyə bildirdi Solomon Pavliaşvili.



Görüşdə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Laşa Darsalia, Xalq Müdafiəçisi Aparatının Kvemo Kartlidəki nümayəndəsi Mariam Qvidiani, Marneuli merinin birinci müavini Zaur Tabatadze, həmçinin qeyri hökumət təşkilatları və mətbuat nümayəndələri iştirak edirdilər.

Məlumat xarakterli görüşlərin keçirilməsinə 11 iyun tarixindən başlanılacaq və bir ay ərzində bölgənin bütün bələdiyyələrini əhatə edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google