"Təəssüf ki, bir nəticə yoxdur, hələ ki, görünmür", - Zaur Tabatadze Dəmyə əhalisinin gürcü dilini bilməməsi ilə bağlı deyibir
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan bu gün, 27 iyun tarixində Dəmyə kəndinin əhalisi ilə görüşüb.
Görüşdə eləcə də Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze də iştirak edirdi. Görüş zamanı əhali kəndin əsas problemi olaraq xarab olmuş yol problemini qeyd ediblər və bununla bağlı Marneulinin mer vəzifəsini yerinə yetirən şəxs onlara deyib ki, bu kənddə yolun bərpa işləri 2020-ci il üçün planlaşdırılır.

Əhali ilə söhbət zamanı Zaur Tabatadze dil maneəsi probleminə də toxunub. O, kəndn sakinlərinə deyib ki, gürcü dilini öyrənməlidirlər. Kənd əhalisi ona cavab verib ki, gürcü dilini öyrənirlər.

“Təssüf ki, nəticə yoxdur, hələ ki, görsənmir” – Zaur Tabatadze Dəmyə kəndinin əhalisinə belə cavab verib.

Zaur Tabatadzenin şərhinə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan rəy bildirib və ona deyib ki, yol problemindən diqqəti dil öyrənməyə aparmasın. Sakinlər qeyd olunan problemi bilirlər və gürcü dilini öyrənirlər.

Eləcə də Ruben Sadoyan Zaur Tabatadzeyə deyib ki, Dəmyə kəndinin əhalisi çox səbirlidir və özləri də 2020-ci ilə qədər deyil bir həftə ərzində bu yolla hərəkət etsə nəisə baş verər.

Zaur Tabatadze Ermənistanın Gürcüstandakı səfiri ilə razılaşmayıb və deib ki, Ermənistanda da bütün kəndlərdə “kauçuk” yollar yoxdur.




Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები