2017-ci ildə Marneuli meriyasında 109 nəfər işlə təmin olunub

“Marneuli” radiosunun Marneuli meriyasından tələb etdiyi ictimai məlumata əsasən 2017-ci ildə İcra Hakimiyyətində/Meriyada 109 nəfər işlə təmin olunub.

2017-ci il ərzində Marneuli meriyasında əməkdaşların qəbul edilməsi üçün üç dəfə açıq müsabiqə, iki dəfə isə sadələşdirilmiş müsabiqə elan olunub.

başçısının 2017-ci il 5 may tarixli əmri əsasında 97 yerə işçi qəbulu üçün müsabiqə elan olunub. Ərizələrin qəbulu mərhələsində meriyaya 561 ərizə daxil olub ki, buradan da 396 ərizə birinci mərhələdən keçib.

Müsabiqənin ikinci mərhələsi test formasında keçirilib. Bu mərhələdə müsabiqədən 192 nəfər keçib. Onlar daha sonra meriyada müsahibədən keçiblər və xüsusi komissiya 44 vəzifəyə yeni əməkdaş təyin edib, 53 yer üçün isə müsabiqənin nəticələrinin ləğv olunduğu elan edilib.

2017-ci il 13 iyul tarixində bələdiyyədə Marneuli bələdiyyəsi icra başçısı inzibati xidmətinin nümayəndələrinin koordinasiyası şöbəsinin mütəxəssisi vəzifəsinə 33 yerə daha bir açıq müsabiqə elan olunub. Bələdiyyə müsabiqənin mərhələləri olaraq ərizələrin seçilməsi, şifahi tapşırıq və müsahibə mərhələlərini müəyyənləşdirdi.

Müsabiqənin birinci mərhələsində bələdiyyəyə 119 ərizə daxil olub. Buradan da 115 nəfər ikinci mərhələyə keçib. Şifahi tapşırıq nəticəsində müsabiqə komissiyası 32 yerə yeni əməkdaş kəbul edib, 1 yer üçün isə müsabiqənin ləğv olunduğu elan edilib.

2017-ci il 8 avqust tarixində Marneuli Bələdiyyəsi İcra Hakimiyyətində 18 yerə açıq müsabiqə elan olunub. Bu müsabiqəyə cəmi 395 ərizə qəbul olunub ki, buradan da 305-i şifahi tapşırıq mərhələsinə keçib. Şifahi tapşırıq və müsahibə nəticəsində 14 ərizə müsabiqə komissiyası tərəfindən müsbət dəyərləndirilib, 4 yer üçün müsabiqə isə ləğv olunub.

2017-ci il 17 avqust tarixində icra hakimiyyətində Marneuli bələdiyyəsi icra hakimiyyətində 11 yerə sadələşdirilmiş müsabiqə elan olunub. Müsabiqənin məmrhələləri olaraq ərizələrin seçilməsi və müsahibə müəyyən olunub. Qeyd olunan müsabiqə üçün icra hakimiyyətinə 146 ərizə daxil olub. Bunlardan 18-i müsahibə mərhələsinə keçib. Bunun nəticəsində də 8 nəfər rəhbərlik tərəfindən müsbət dəyərləndirilib. 3 yer üçün isə müsabiqə ləğv olunub.

2017-ci il 20 dekabr tarixində Marneuli meriyasında 10 yer üçün açıq müsabiqə elan olundu. Bu müsabiqə üçün 178 ərizə daxil olub ki, bunlardan da şifahi tapşırıq mərhələsinə 88 ərizə keçib. Şifahi tapşırıq və müsahibə mərhələləri nəticəsində müsabiq komissiyası 9 ərizəni müsbət dəyərləndirib, 1 yer üçün müsabiqə ləğv olunub.

2017-ci il 20 dekabr tarixində Marneuli meriyasında 2 yer üçün sadələşdirilmiş müsabiqə elan olunub. Bu müsabiqəyə 59 ərizə daxil olub. Bunlardan 35-i müsahibə mərhələsinə keçib, idarənin rəhbərliyi tərəfindən 2 ərizə müsbət dəyərləndirilib.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები