Smit ailəsinin qətlində ittiham olunan Malxaz Kobaurinin vəkili mətbuat konfransı keçirdi

Malxaz Kobaurinin vəkili Davit Qirqvliani müdafiə tərəfinin əsas tələblərini açıqladı.

Müdafiə tərəfi tələb etir ki, bu məsələ ilə bağlı keçiriləcək bütün ekspertizalar Amerika Federal Təhqiqat Bürosu tərəfindən Amerikada aparılsın.

Davit Qirqvliani onu da bildirib ki, o, Gürcüstanın istintaqına inanmır və Amerika Federal Təhqiqatlar Bürosunun müstəntiqləri ilə mümkün qədər tez görüşməyi tələb edir.

Malxaz Kobaurinin vəkili onun obyektiv həqiqətin aşkara çıxması üçün Amerika Federal Təhqiqat Bürosunun müstəntiqlərinə ifadə verəcəyini də istisna etmir.

Davit Qirqvliani 13 iyul tarixində keçridiyi mətbuat konfransında işə baxan prokurorla, istənilən şəxslə debatlarda oturmağa, istintaqa mane olmayacaq hər bir suala cavab verməyə hazır olduğunu bildirib.

“Marneuli” radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები