Ruslan Hacıyev "VMH"-ın inzibati resurslardan istifadə ilə bağlı ittihamlarını nə təkzib, nə də təsdiq edir
“Vahid Milli Hərəkat”ın Marneuli qərargahının rəhbəri Aqil Mustafayev 11 oktyabr tarixində Marneuli Dairə Seçki Komissiyasına seçkiöncəsi təbliğat-təşviqat kampaniyası qaydalarının pozulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdi. O, hesab edir ki, Zurabişvili ilə görüşdə inzibati resurslardan istifadə ediblər. Marneuli majoritar deputatı Ruslan Hacıyev bu faktı nə təkzib, nə də təsdiq etdi.

“VMH” hesab edir ki, 10 oktyabr tarixində Marneulidə “Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə görüşdə Marneuli meriyasının əməkdaşları və dairə seçki komissiyasının üzvləri iştirak ediblər. Onların dediyinə görə, bu nun üçün sübut olaraq foto və video materiallar da mövcuddur.

Ruslan Hacıyev deyir ki, onun gördüyü video materiallarda dövlət resurslarından istifadə olunduğu barədə heç nə yoxdur.

"Ən bu videoya baxmamışam, baxdığım videoda isə onları görmədim. Əgər hansısa fakt olarsa, əlbəttə dairə komissiyası tərəfindən qərar veriləcək. Əgər bu qanuna uyğun olsa biz də riayət edəcəyik. İndi mən baxmamış necə deyi olub ya yox?" - dedi Ruslan Hacıyev.



Bu mövzu ilə bağlı Ruslan Hacıyevlə 12 oktyabr tarixində də əlaqə saxlamışdıq. Həmin vaxt o, bildirmişdi ki, vəziyyəti dəyərləndirmək üçün daha çox zamana ehtiyacı var. 4 gün ərzində isə Hacıyev Salome Zurabişvili tərəfindən Marneulidə keçirilmiş görüşün videoyazısını izləməyib.

Şikayət ərizəsi Marneuli Dairə Seçki Komissiyasına daxil olub. Marneuli Dairə Seçki Komissiyasının sədri Yakob Asanidzeinin dediyinə görə, şikayətin müzakirəsi onun səlahiyyətlərindədir və bunun üçün isə 1 ay vaxtı var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024