Marneulidə 13 günlük yeni il tədbirləri
Yeni il kəndləri, musiqi qruplarının konsertləri, film nümayişləri, uşaq yazıçıları ilə görüş, klassik musiqi gecəsi, poeziya gecəsi, animatorların şousu, qala konsert və başqa sürprizlər. Bütün bunlar Marneuli Mədəniyyət Mərkəzinin bu gündən, 18 dekabrdan başlayacaq yeni il tədbirlərinin proqramıdır.

Bu gün Marneuli İctimai Kitabxanasında uşaq yazıçısı İrma Malatsidze ilə görüş keçiriləcək.

Tədbirlərin tam qrafiki isə aşağıdakı kimidir:

❇️19 dekabr
Mədəniyyət Mərkəzinin vokal-instrumental ansamblı “Red carpet” və “Mid night” – solo konsert
Mədəniyyət evinin konsert zalı. Başlama saatı: 16:00

❇️20 dekabr
Klassik musiqi gecəsi. Milli Şagird-Gənclər Sarayının skripkaçıları ansamblı “Sim” və Marneuli musiqi məktəbinin şagirdlərinin ifasında.

Mədəniyyət evinin konsert zalı. Başlama saatı: 16:00

❇️21-25 dekabr
Mədəniyyət evinin foyesində quraşdırılmış müasir avadanlıqlar vasitəsilə Yeni il filmlərinin nümayişi
Başlama saatı: 17:00

❇️24 dekabr
Gənc Tamaşaçılar Teatrı – “Qızıl balıq” tamaşası
Mədəniyyət evinin konsert zalı. Başlama saatı: 15:00

❇️26 dekabr
Mədəniyyət evinin vokal dərnəyinin solo konserti.
Mədəniyyət evinin konsert zalı. Başlama saatı: 16:00

❇️27 dekabr
Tamarisi kəndinin parkı – yeni il kəndi. Vokal instrumental qrup.
Başlama saatı: 18:00

❇️30 dekabr
Yeni il şam ağacı
Animatorların şousu, itlərin şousu, təlxəklərin şousu, Santa Klaus uşaqlar üçünhədiyyələrlə, saysız sürprizlərlə.
Mədəniyyət evi. İki senas.
Başlama saatları:
12:00-14:00
15:00-17:00

❇️31 dekabr
18:00-dan 22:00-dək tədbir. Poeziya axşamı, müasir musiqi, qala konsert, DJ. Mədəniyyət evinin parkı

❇️7 yanvar
Milad ulduzları tədbiri
Mədəniyyət evinin konsert zalı. Başlama saatı: 14:00


Print ელ. ფოსტა
FaceBook Twitter Google