Kənddə yaşayan kiçik sahibkarlar üçün məlumat xarakterli görüş keçirildi
Bu gün, 19 dekabr tarixində kənddə yaşayan kiçik sahibkarlar üçün Marneuli Mülki Məşğulluq Mərkəzində məlumat xarakterli görüş keçirildi.

Görüş çərçivəsində sahibkarlara Avropa İttifaqı ilə dərin və hərtərəfli razılaşma nəticəsində ərzaq təhlükəsizliyinin tanınması prosedurlarına daxil edilmiş tənzimləmələr barədə məlumat verildi.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, layihə çərçivəsində keçirilən görüşlər zamanı sahibkarlarda bir çox suallar yaranır, bu günkü görüşdə isə bu suallara mütəxəssislər cavab verib.

“Ərzaq təhlükəsizliyinin tanınması prosedurları barədə söhbət açıldı. Bu prosedurlara kim əməl etməlidir, kim yox, ərzaq təhlükəsizliyi və vergi müfəttişliyi nöqteyi-nəzərindən kiçik sahibkar nədir. Bunlar çox mühüm məsələlərdir. Çünki yerli fermerlər ərzaq təhlükəsizliyi və vergi müfəttişliyi nöqteyi-nəzərindən hansı dəyişikliklərin olduğunu bilməlidir”, – deyə Olqa Endeladze bildirib.

Endeladzenin dediyinə görə, biznesoperatorlar məhz qeyd olunan dəyişikliklər nəticəsində öz biznes imkanlarını və inkişaf potensialını analiz etməlidirlər.

Görüş “DCFTA informasiya resurs-masası” çərçivəsində “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirildi.

“Marneuli” radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google