Saimerloda "Kənd yığıncağı" ikinci cəhddə baş tutub
Bu gün, 10 fevralda Saimerloda “kənd yığıncağı” baş tutub. Yığıncaqda 202 nəfər iştirak edib.
Yığıncaqda müzakirə üçün 3 məsələ təqdim edilib. Əhalinin seçimi daxili kanalların təmizlənməsi yollara xır tökülməsi və ayinlər evində mətbəxin qurulması arasında olub.

Saimerlo sakinləri ayinlər evi üçün mətbəxin qurulmasını dəstəkləyiblər.

“Kənd yığıncağı” Saimerloda ikinci dəfə keçirilib. 22 yanvarda əhalinin az olmasına görə toplantı pozulub. Kənddə toplantıda 200 nəfər iştirak etməli idi, ancaq təqribən 50 nəfər iştirak edib.

Kəndin ümumi toplantıları Gürcüstanın regionlarında həyata keçiriləcək fonddan “Kəndə dəstək proqramı” çərçivəsində maliyyələşdirilən layihələrin seçilməsi məqsədi ilə keçirilir.

Proqram çərçivəsində Saimerloya 20 000 lari ayırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024