Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda yaxşı nəticələr əldə ediblər
24-26 may tarixində Tbilisi şəhərində təşkil
olunan açıq Gürcüstan çempionatında Marneulili idmançılar da
iştirak ediblər.
Bu haqda məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı "Gorarxı"
idman klubunun baş məşqçisi Tofiq Əkbərov dedi. Onun sözlərinə
görə, Gürcüstan Taiboksinq, Kikboksinq Milli federasiyasının təşkil
etdiyi yarışa Marneulinin "Gorarxı" idman klubundan iki idmançı
qatılıb.
Əkbərovun dediyinə görə, 38.5 kq çəki dərəcəsində yarışda iştirak
edən Fərid Ocaqverdiyev bütün rəqiblərinə qalib gələrək finala
yüksəlmişdir. Finalda isə Fərid Ocaqverdiyev rəqibinə məğlub olaraq
ikinci yerdə qərarlaşıb.
Çempionatda iştirak edən digər idmançı 28 kq çəki dərəcəsində
mübarizə aparan Cahandar Əsgərov isə yarımfinala qədər yüksələrək,
üçüncü yerə layiq görülüb.
Onu da bildirdi ki, "Gorarxı" idman klubu Taiboksinq idman növü
üzrə yarışlarda rəsmi olaraq ilk dəfə iştirak ediblər.
Məşqçi Tofiq Əkbərov idmançıların hazırlğı və yarış
fəaliyyətlərindən razı olduğunu qeyd edərək, gələcəkdə ölkə və
beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklərindən ümidvar
olduğunu bildirdi.