Marneulili idmançı Tofiq Əkbərov Beynəlxalq SQAY Şurasının
(International Council of SQAY) 5 il müddətinə vitse-prezidenti
seçilib.
Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı"
idman klubunun baş məşqçisi Tofiq Əkbərov verdi. Onun sözlərinə
görə, o, 2012-ci ildən Beynəlxalq SQAY Şurasının
nümayəndəsidir.
"SQAY qədim Kəşmirdə əsası qoyulmuş Orta Asiya qılınc
döyüşü sənəti növüdür. Bu il şuranın görüşü planlaşdırılırdı. Amma
koronavirusa görə, görüş video-konfrans formatında keçirildi və
məni də 5 il müddətinə vitse-prezident seçdilər", –
Tofiq Əkbərov dedi.
Tofiq Əkbərov bildirdi ki, o, gələcəkdə SQAY döyüş növü üzrə
beynəlxalq turnirlərin təşkil edilməsi və turnirdə iştirak etməyi
düşünür, eləcə də beynəlxalq konfranslara və seminarlara qatılmağı
da planlaşdırır.
Tofiq onu da əlavə etdi ki, gələcəkdə döyüş növünün Gürcüstanda və
digər bölgələrdə yayılması üçün əlindən gələni edəcək.