Ukraynanın donanmasının üç kiçik gəmisi
“Berdiansky”, “Nicopol” və “Jana Capu”nun 20-dən artıq sərhədçisi
rus işğalçıları tərəfindən əsir götürülüblər.
Bu barədə Ukrayna Silahlı
Qüvvələrinin Baş Qərargahının rəhbəri Viktor Mujenka bildirib.
“Dənizçilərin taleyi məlum deyil. Yalnız altı
nəfər yaralı barədə məlumatımız var. Bunlardan ikisinin vəziyyəti
ağırdır. Rusiyanın bu hərəkətlərindən sonra biz gəmilərimizlə
əlaqəni itirdik. Üç gəmidə ümumilikdə 23 nəfər var idi”, - deyə o,
bildirib.
Digər tərəfdən Ukraynalı vətəndaşlar
Rusiyanın Dəniz Donanmasının təcavüzkar hərəkətlərinə etiraz etmək
üçün Kiyevdə Rusiya səfriliyinin qarşısına toplanıblar.
Nümayişçilər səfirlikdə şinlər yandırmaq istəyib, lakin polis
onlara icazə verməyib. Qeyd edək ki, Daha sonra Rusiya səfirliyi
yaxınlığında səfirliyin maşınlarından birində yanğın baş verib.
Səfirlik qarşısında yüzlərlə Ukraynalı hələ də
qalmaqdadır.
Məlum olduğu kimi, Rusiya dəniz qüvvələrinin
gəmiləri Ukrayna hərbi dəniz qüvvələrinin gəmilərinə Kerç boğazını
tərk edərkən atəş açıb. Bu barədə məlumatı Ukrayna tərəfi
yayımlayıb.
Əldə olunan məlumatlara görə, “Berdiansky” və
“Nikopol” adlı iki kiçik artilleriya gəmisi Odessa limanından
Mariopola keçməyi planlaşdırırdılar. Bundan əlavə, “İan Kapu” da
zorla dayandırılmışdı. Ukrayna tərəfi bildirir ki, həmin gəmilər
Rusiya tərəfindən saxlanılıb. Hadisə nəticəsində 6 Ukraynalı
dənizçi yaralanıb.