Xidmət agentliyinin böyük inspektoru Batumidə zor tətbiq etmə faktına görə ifşa olunub – İstintaq Xidməti

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin baş inspektoru vətəndaşa qarşı zor tətbiq edilməsi faktına görə ifşa olunub.


"İstintaq müəyyən edib ki, 2024-cü il fevralın 7-də Batumi şəhərində təqsirləndirilən H.V. arvadının işlə təmin olunma məsələsini həll etmək üçün həyat yoldaşının işlədiyi özəl şirkətin meneceri ilə görüşüb. Təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilinə mindirərək onu söyüb və xəbərdarlıq edib ki, onun arvadına qarşı rəsmi xəbərdarlıq sənədini imzalamasın, əks halda onun Batumidə yaşamasına imkan verməyəcək və problem yaradacaq.

Onun maşından düşməsinə icazə verməyib və zor tətbiq edərək avtomobilə qayıtmağı tələb edib.

Xüsusi İstintaq Xidməti zərərçəkmiş şəxslə əlaqə saxladıqdan sonra dərhal istintaqa başlayıb və prokurorluq orqanları ilə birgə hüquq-mühafizə orqanı əməkdaşının cinayətini ifşa edən sübutlar əldə edib. O cümlədən, zərərçəkmiş şəxs və işdə iştirak edən digər şəxslər dindirilib, məhkəmənin hökmü əsasında istintaq üçün maraq doğuran dövrə aid özəl obyektlərin müşahidə videokameralarının görüntüləri əldə edilib və onlara baxış keçirilib. Müxtəlif əməliyyat-axtarış tədbirləri də həyata keçirilib”
– Xüsusi İstintaq Xidmətinin açıqlamasında deyilir.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanının əməkdaşı Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci hissəsi (məcbur etmə) ilə ittiham olunub. Cinayət 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google