DİN Xaşuridə "Rustavi 2"-nin jurnalistlərinə peşələrini yerinə yetirən zaman maneçilik etmə və zorakılıq ittihamı ilə 2 şəxsi saxlayıb
13:55 / 11.10.2018
DİN-in Şida Kartli polis departamentinin Xaşuri rayon
idarəçiliyinin əməkdaşlarının operativ əməliyyatı nəticəsində
Rustai 2 telekompaniyasının çəkiliş qrupunun jurnalisti
Eka Qaqua və operatoru Levan Kalandiaya qarşı həyata keçirilmiş
zorakılıq və jurnalistin peşəsini yerinə yetirməsinə qanunsuz
maneçilik etmə ittihamı ilə 2 şəxs 1983-cü il təvəllüdlü S.U. və
1976-cı il təvəllüdlü İ.C. saxlanılıb.
İstintaqla müəyyən edilib ki, ittiham olunanlar telekompaniya
Rustavi 2-nin çəkiliş qrupuna çəkiliş zamanı şifahi və fiziki
təhqir ediblər.
Baş verən faktla bağlı hüquq mühafizəçiləri "Çin dəmiryolunun 23-cü
bürosunun" Kvişxeti kəndinin obyektinin rəhbər vəzifəsini yerinə
yetirən S.U-nu saxlayıblar. İstintaq davam edir.
İstintaq Gürcüstan CM-nin 154-cü maddəsinin 2-ci və 126-cı
maddəsinin 1-ci hissəsi ilə gedir.