2023-cü ildə Marneuli meriyası və Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqılarına 19 985 455 lari xərclənib
Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabata görə, meriyanın, Bələdiyyə Məclisinin və bələdiyyənin qeyri-kommersiya hüquqi şəxslərinin, MMC əməkdaşlarının əməkhaqqılarına 19 985 455 lari 52 tetri xərclənib.

Marneuli meriyasında əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslərin əməkhaqqına ötən il 2 318 154 lari 32 tetri xərclənib.

Marneuli Bələdiyyə Məclisi və meriyada ştat əsasında işləyən məmurların əməkhaqqına 2023-cü ildə 6 491 569 lari – meriyanın ödədiyi əməkhaqqına isə 4 940 117 lari xərclənib; Bələdiyyə Məclisinin ödədiyi əməkhaqqına 1 304 306 lari; ölkənin müdafiə qabiliyyətinin artırılmasına dəstək olmaq üçün əməkhaqqına 247 146 lari sərf olunub.

Marneuli meriyasının balansında 5 qeyri-kommersiya tipli hüquqi şəxs və 3 MMC fəaliyyət göstərir. Meriyanın qeyri-kommersiya tipli hüquqi şəxslərinin və MMC-lərin əməkdaşlarının əməkhaqqı 2023-cü ildə, ümumilikdə, 11 175 732 lari 2 tetri təşkil edib.

Qeyri-kommersiya tipli hüquqi şəxslərin, MMC-lərin və ötən il əməkhaqqılarına xərclənmiş vəsaitin siyahısını sizə təqdim edirik:
  • “Marneuli İdman Məktəbi” – 1 117 900 lari
  • “Mədəniyyət Mərkəzi” – 1 489 121,9 lari
  • “Təmiz Marneuli” – 1 358 956 lari
  • Uşaq Bağçaları Birliyi “Məktəbəqədər Tədris Mərkəzi” – 3 755 632,9 lari
  • İctimai Səhiyyə Mərkəzi – 287 358,5 lari
  • “Marneuli Kənd Suları” MMC – 1 967 713,8 lari
  • “Marneuli Avtoparkı” MMC – 933 348,8 lari
  • “Marneuli Üzvi Tullantıların Emalı Müəssisəsi” MMC – 265 700, 21 lari
Bu gün, 25 aprel tarixində keçirilən iclasda bələdiyyənin 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabat müzakirə olunub.

Bələdiyyə Məclisi Komissiyasının iclasında büdcənin icrasında, sosial proqram, infrastrukturun inkişafı – yolların bərpası, içməli suyun çəkilməsi, küçə işıqlarının quraşdırılması və s. üçün hansı vəsaitin xərcləndiyi, büdcə gəlirləri-xərcləri müzakirə olunub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google