Bu il Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı 4,8% artıb
Bu ilin birinci rübündə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 4,8% artıb.

Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb.

Hesabat dövründə Qazaxıstandan Azərbaycana gələnlərin sayı 16 522 nəfər təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 135 %-i Qazaxıstan, 28,7 %-i Rusiya Federasiyası, 19,3 %-i Türkiyə, 10,3 %-i İran, 7,2 %-i Hindistan, 3,2 %-i Qazaxıstan, hər birindən 2,4 % olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla Türkmənistan və Küveyt, 1,4 %-i Ukrayna, 1,2 %-i Belarus, 12,2 %-i digər ölkələrin vətəndaşları olub.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google