Marneuli
bələdiyyəsinin bütün məktəblər hal-hazırda istiliklə təmin
olunub.
“Marneuli” radiosu ilə söhbəti zamanı Təhsil Resurs Mərkəzinin
direktoru Kənan Ömərov bildirdi ki, Marneulidə 74 məktəb fəaliyyət
göstərir. 25 təhsil müəssisəsində mərkəzi istilik sistemləri
quraşdırılıb, 49 məktəb isə odun sobaları ilə qızdırılır.
“Dağlıq ərazilərdə 20 gündür ki, soyuqlar düşdüyünə
görə, istilik var, Marneuliyə gəldikdə isə bir neçə gündür
yandırırlar. Məndə olan məlumata görə, odun lazım olan bütün
məktəblər tədarüklərini görüblər”, - Kənan Ömərov
deyib.
Qeyd edək ki, ötən il odun sobaları ilə 54 məktəb qızdırılırdısa,
bu il belə məktəblərin sayı 49-a düşüb.