Bu il Milli Qida Agentliyi 181 kafe, bar və restoranın istehsal prosesini dayandırıb

Bu il Milli Qida Agentliyi 181 ictimai qida obyektin (kafe-bar, restoran)

istehsal prosesini dayandırıb.

Milli Qida Agentliyindən daxil olan ictimai məlumatlara cavab olaraq “İnterpress News”a verilən məlumata görə, cari ilin 9 ayının məlumatına əsasən, 1155 inzibati xəta aşkar edilib.

Milli Qida Agentliyinin məlumatına görə, əsasən, ictimai iaşə obyektlərində sanitar-gigiyena normalarının pozulması, infrastrukturun nizamsız olması, yuma-dezinfeksiya-dezinseksiya işlərinin düzgün aparılmaması və kondensatın yığılması kimi pozuntular müşahidə olunub.

“Milli Qida Agentliyi 14 sentyabr 2022-ci il tarixinə ictimai iaşə obyektlərində (kafe, bar, restoranlar) 3428 dövlət nəzarəti həyata keçirib. 1155 inzibati xəta, o cümlədən istehsal prosesinin dayandırılması ilə bağlı 181 fakt aşkar edilib. Sanitariya-gigiyena normalarının pozulması, infrastrukturun nizamsızlığı, yuyulma-dezinfeksiya-dezinseksiya işləri düzgün aparılmaması, kondensat yığılması müşahidə olunub”, - deyə Milli Qida Agentliyindən bildirilib.


Mənbə: BM

 

Print ელ. ფოსტა
თეგები: Milli Qida Agentliy Xəbərlər
FaceBook Twitter Google