Gürcüstan əhalisinin sayı 3 688 600 nəfər təşkil edir.
Gürcüstan Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2022-ci
ilin 1 yanvarına olan məlumata əsasən Gürcüstanın regionları
arasında ən çox adam İmeretidə, Kvemo Kartlidə və Acarıstanda
yaşayır.
İmereti əhalisinin sayı 466 600 nəfər təşkil edir. Daha sonra 434
500 nəfərlə Kvemo Kartli, 355 500 nəfərlə isə Acarıstan gəlir.
Kvemo Kartlinin sahəsi 6 436.2 kvadrat kilometrdir. Statistika
Xidmətinin göstəricilərinə görə, Kvemo Kartlidə işsizlik səviyyəsi
25,2%-dir. Regionda işlə təmin olunanların sayı 123 900 nəfərdir.
Biznes sektorda işlə təmin olunanların sayı 39 300 nəfərdir.
İşləyənlərin aylıq orta əməkhaqqı biznes sektorda 1 111,2
laridir.
Gürcüstanda ən çox adam paytaxtda, Tbilisidə yaşayır. Tbilisi
əhalisinin sayı 2022-ci ilin 1 yanvarına olan məlumata görə, 1 177
200 nəfər təşkil edir.
Əhalisinin sayına görə, Gürcüstan regionlarının siyahısını təqdim
edirik:
- Kaxeti - 304 900 nəfər
- Mtsxeta-Mtianeti - 92 400 nəfər
- Şida Kartli - 250 500 nəfər
- Samtsxe-Cavaxeti - 148 300 nəfər
- Raça-Leçxumi və Kvemo Svaneti - 27 600
nəfər
- Sameqrelo-Zemo Svaneti - 301 200 nəfər
- Quria - 105 300 nəfər