Ukraynada müharibə başlayandan sonra Rusiya Federasiyası vətəndaşlarının gəlişi və getməsi arasında fərq 58,6 min unikal şəxsə çatıb
"Ukraynada müharibə başlayandan sonra Rusiya Federasiyası vətəndaşlarının gəlişi və getməsi arasında fərq 58,6 min unikal şəxsə çatıb", - PMCG-nin dərc etdiyi araşdırmada qeyd olunub.


“Ukraynada müharibə başlayandan bəri sərhəd keçidlərinin statistikası rusların, belarusların və ukraynalıların daxil olub-olmamasında ciddi fərqlər göstərib. Daha dəqiq desək, 2022-ci ilin yanvar-30 sentyabr tarixlərində Rusiya Federasiyası vətəndaşlarının gəlişi və getməsi arasındakı fərq 58,6
min unikal şəxsə çatdı.

Ukrayna və Belarusiyaya gəlincə, bu ölkələrin vətəndaşları üçün gələn və gedənlər arasında fərq müvafiq olaraq 11,2 min və 6,3 min təşkil edib”
, - araşdırmada deyilir.

Tədqiqat müəlliflərinin fikrincə, nəşrdə istifadə olunan giriş-çıxış statistikası tam olaraq Daxili İşlər Nazirliyinin vətəndaşlıq mənsubiyyətinə görə unikal şəxslərin ölkəyə giriş-çıxış statistikasına dair məlumatlarına əsaslanır ki, bu da əvvəlki nəşrlərlə müqayisədə statistik səhvləri azaldır və Gürcüstanda qalan əcnəbi vətəndaşların sayını daha yaxşı hesablamağa imkan verir.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Rusiya Turist Ukrayna
FaceBook Twitter Google