Çexiya rusiyalıların turist vizası ilə ölkəyə girişini qadağan edəcək
Çexiya oktyabrın 25-dən turistik Şengen vizası olan rusiyalıların ölkəyə girişinə qadağa qoyacaq.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

O vurğulayıb ki, məhdudiyyət istənilən ölkə tərəfindən verilən qısamüddətli turist vizası olan Rusiya vətəndaşlarına və ilk növbədə, Praqa Beynəlxalq Hava Limanına gələnlərə şamil ediləcək.

“Biz Rusiya Federasiyasının turizm, mədəniyyət və idman məqsədilə qısamüddətli Şengen
vizası almış vətəndaşlarına qarşı tədbirlər həyata keçiririk. Onların Çexiyaya girişi qadağan olunacaq. Bu, ilk növbədə, Praqa hava limanına gələn Rusiya vətəndaşlarına aiddir”,
- Y.Lipavski Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: Çexiya Rusiya Şengen vizası Ukrayna
FaceBook Twitter Google