Putin Avropaya qazın Türkiyə vasitəsilə nəqli alternativindən danışıb
Rusiya prezidenti Vladimir Putin Avropaya qaz nəqlinin alternativ yollarından danışıb.

Onun sözlərinə görə, Rusiya təbii qaz təchizatı marşrutunu Baltik dənizi vasitəsilə Rusiya ilə Almaniyanı birləşdirən “Şimal axını” istiqamətindən Qara dənizə keçirə bilər.

“Biz Qara dəniz regionuna doğru irəliləyə bilərik və bu yolla enerjinin, təbii qazın Türkiyə üzərindən tədarükü üçün əsas marşrutlar yarada bilərik... əgər, əlbəttə
ki, tərəfdaşlarımız bunu istəsələr”,
- deyə Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu halda enerji təchizatının təhlükəsizliyi xeyli yaxşı təmin olunacaq.
Öz bəyanatına görə, o, həmçinin “Şimal axını”nın mövcud, zədələnməmiş boru kəməri ilə enerji təchizatını bərpa etməyə hazırdır.

“Top, necə deyərlər, indi Aİ-nin meydançasındadır. İstəsələr, kranı açıram və bu qədər. Biz heç kimi məhdudlaşdırmırıq, payız-qış üçün də əlavə həcmlər verməyə hazırıq”,
- deyə Putin bildirib.

Rusiya enerji resurslarından Qərbi, konkret olaraq Avropa İttifaqını şantaj etmək üçün istifadə edir.

2022-ci il sentyabrın 26-da “Şimal axını” boru kəməri şübhəli şəraitdə zədələnməzdən əvvəl Rusiya bir neçə dəfə Qərbə qaz tədarükünü dayandırıb və buna səbəb kimi təmir işlərini göstərib.

Bir neçə gün əvvəl Putin heç bir sübut olmadan Ukrayna tərəfinin Türkiyə-Rusiya boru kəmərini partlatmaq istədiyini söyləmişdi.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Avropa Putin Rusiya Türkiyə
FaceBook Twitter Google