"Rusiya müharibəni həm mənəvi, həm də siyasi və hətta
hərbi cəhətdən uduzur".
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik
məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər
Şurasının iclasından əvvəl jurnalistlərə deyib.
"Rusiya günü-gündən daha çox təcrid olunur. Biz BMT Baş
Assambleyasındakı səsvermənin nəticəsini gördük. Bütün bunlara görə
biz Ukraynanın dəstəkləməyə davam etməliyik. Ukrayna XİN başçısı
Dmitri Kuleba da bugünkü görüşdə iştirak edəcək", - o
bildirib.
Cozep Borrell vurğulayıb ki, bloka üzv ölkələrin XİN başçıları bu
gün həm də Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi ilə bağlı
missiya barədə də müzakirə aparacaq:
“Təlimlər yalnız
əsgərlər üçün deyil, həm də komandirlər üçün nəzərdə
tutulur”.