Hamilə qadın əri ilə birlikdə Rusiyanın Kiyevə hücumunun qurbanı olub
Rusiyanın Kiyevdə bugünkü hücumundan sonra hamilə qadın və əri xarabalıqlardan çıxarılıb. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

“Xilasetmə əməliyyatı zamanı Rusiyanın pilotsuz təyyarə ilə hücumuna məruz qalan Kiyevin mərkəzində yaşayış evinin xarabalıqları arasından 3 vətəndaşın cəsədi tapılıb. Onların arasında gənc cütlük - ər və hamilə qadın da var. O, 6 aylıq hamilə idi. Rusiya
terrorçu dövlətdir”,
- Kliçko yazıb.


Oktyabrın 17-də səhər tezdən Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın paytaxtı İranın kamikadze pilotsuz təyyarələri ilə hücuma məruz qalıb. Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, dörd pilotsuz təyyarədən biri vurulub, biri isə yaşayış binasına düşüb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Kiyev ölüm Rusiya Ukrayna
FaceBook Twitter Google