Bugünkü mövcud nəzarət mexanizmləri çağırışlara tam cavab verir - Maliyyə Naziri Rusiya ilə viza rejiminə yenidən baxılması haqqında
“Mən şəxsən vizasız rejimin ləğvinə ehtiyac görmürəm”, - bunu maliyyə naziri Laşa Xutsişvili hökumətin iclasından sonra prezidentin bəyanatını şərh edərkən deyib.

Zurabişvilinin Moldovada həmkarı ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə bildirdiyi kimi, Rusiya ilə mövcud viza rejimi liberaldır və bu təcavüz şəraitində daha az məqbul ola bilər.

Bundan əlavə, Zurabişvili vurğulayıb ki, Rusiya vətəndaşlarının Gürcüstana daxil
olması problemdir.

“Müvafiq nəzarətin həyata keçirildiyi bugünkü mövcud mexanizmlər çağırışlara tam cavab verir. Viza rejimi bunun yollarından biridir, kim təhlükədir, kim deyil, bu və ya digər şəxs ölkəyə daxil olmağa hazırlaşanda kimin ölkəyə buraxılması lazımdır. Ona görə də şəxsən mən vizasız rejimin ləğvinə ehtiyac görmürəm. Mövcud mexanizmlərin ölkənin təhlükəsizliyini qorumaq üçün tələb olunan standartı təmin edə bilmədiyi bir məqam olarsa, baxış keçiriləcək. İndi buna ehtiyac yoxdur”,
- deyə Laşa Xutsişvili hökumətin iclası başa çatdıqdan sonra bildirib.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google