Rusiya Ukrayna limanlarından taxıl ixracına dair imzalanmış sazişi dayandırır
Rusiya Kiyevi Sevastopol limanında Qara dəniz donanmasına hücum etməkdə ittiham edərək, Ukraynadan taxıl ixracı ilə bağlı sazişdən çıxır.

Oktyabrın 29-da Rusiya tərəfi Kiyevin Sevastopolda yerləşdirilmiş Rusiya donanmasına pilotsuz təyyarələrlə hücum etdiyini və bu zaman ən azı bir gəminin zədələndiyini açıqlayıb. Ukrayna tərəfi bu günə qədər bu barədə məlumatı təsdiqləməyib, lakin ilk bəyanatdan az sonra Rusiya Müdafiə
Nazirliyi donanmanın taxıl ixrac dəhlizini qoruduğunu və insidentlə əlaqədar Moskva daha bir bəyanatla çıxış edərək müqavilədən çıxdığını bildirib:

“Kiyev rejiminin oktyabrın 29-da taxıl dəhlizinin təhlükəsizliyini təmin edən gəmilərdə Britaniya xüsusi xidmət orqanlarının iştirakı ilə törətdiyi terror aktı ilə əlaqədar Rusiya Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı sazişi dayandırır”, - bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sevastopol 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasının ən böyük şəhəridir. BBC qeyd edir ki, ukraynalılar aprel ayında "Moskva" kreyserini batırmağa müvəffəq olduqdan sonra Rusiyanın Qara Dəniz Donanması onların hədəfinə çevrilib.

Mənbə: Netgazeti


Print ელ. ფოსტა
თეგები: İdxal İxrac Rusiya Ukrayna
FaceBook Twitter Google