Rusiya taxıl ixracı sazişində iştirakını bərpa edəcək
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya taxıl ixracı sazişində iştirakını bərpa edəcək.

Sergey Şoyqunun ofisi bildirib ki, humanitar dəhliz və Rusiya Federasiyasına qarşı “hərbi əməliyyatların” aparılması üçün Ukrayna limanlarından istifadə olunmaması ilə bağlı rəsmi Kiyevdən lazımi yazılı təminat almaq mümkün olub.

“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan təminatlar kifayət qədər görünür və sazişin icrasını
bərpa edəcək”,
- Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın taxıl ixracı təşəbbüsündə iştirakının yenilənməsi ilə bağlı xəbəri təsdiqləyib.

Türkiyə lideri parlamentdəki çıxışında qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarına müqavilənin yenilənəcəyi barədə məlumat verib.

Print ელ. ფოსტა
თეგები: Rusiya
FaceBook Twitter Google