Tbilisidə küçədə gürcüləri təhqir edən Rusiya vətəndaşı saxlanılıb
Polis Tbilisi küçələrinin birində gürcüləri təhqir edən Rusiya vətəndaşını saxlayıb.

Hadisə noyabrın 5-də baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Netgazet”ə verilən məlumata görə, həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri
ilə xırda xuliqanlıq və polisə tabe olmama maddəsi ilə saxlanılıb.

Sosial şəbəkədə yayılan videoda bildirilir ki, bir nəfər Marcanişvili küçəsində dayanıb və davamlı olaraq gürcülərin ünvanına təhqiramiz sözləri təkrarlayır.

Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: Polis Rusiya
FaceBook Twitter Google