Peskov Donbasa səfər edib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.

Bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür
etmək istərdim",
– o deyib.

Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Kremil Rusiya
FaceBook Twitter Google