2 qadının qətlində təqsirli bilinən “Vaqnerli” ordenlə təltif edilib
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti tərəfindən Ukraynada əsgər kimi işə götürülən, qətldə təqsirli bilinən Konstantin Kisilyov “Şücaət ordeni” və komandir vəzifəsi alıb.

Bu barədə “Vajnıye istori” müstəqil nəşri yazır. Onun mənbəyi Rusiya Mari-El Respublikasının altıncı koloniyasına bağlı şəxsdir. Kisiliov 2017-ci ildən iki qadını qətlə yetirdiyinə görə bu koloniyada 9 il cəza çəkirdi.

O, 2022-ci ilin
sentyabrında hərbi şirkətin qurucusu Yevgeni Priqojin məhbusları işə götürmək üçün koloniyada olduqdan sonra "Vaqner"ə qoşulub.

Nəşrin mənbəsinin məlumatına görə, Kisilyovun arvadı ərinin keçmiş kamera yoldaşlarına deyib ki, o, artilleriya hücumu zamanı bölmədən sağ qalan yeganə şəxs olduğu üçün mükafat və komandirlik alıb. Həyat yoldaşının sözlərinə görə, ordeni Kisilyova şəxsən Priqojin təhvil verib. Qadın ərinin keçmiş kamera yoldaşlarına videonu da göndərib ki, orada Kisilyov 15 kişi arasından yeganə sağ qaldığını, komandir olduğunu və Krasnodarda hansı pula yeni mənzil alacaqları barədə göstəriş verdiyini söyləyir.

“Vaqner” özəl hərbi şirkəti Ukraynaya qarşı müharibədə nizami rus qoşunları ilə birlikdə iştirak edir. Bu illər ərzində bir sıra KİV-lər, o cümlədən jurnalist araşdırmalarına əsaslananlar yazırdılar ki, “Vaqner”in sahibi prezident Putinə yaxın olan və onun “şəxsi aşpazı” adlandırılan biznesmen Yevgeni Priqojindir. Priqojin özü sentyabrın 26-da açıq şəkildə etiraf etdi ki, o, "Vaqner"in yaradıcısı və maliyyəçisidir. Priqojin Ukraynada müharibə məhkumlarının işə cəlb olunmasında fəal iştirak edirdi.


Print ელ. ფოსტა
თეგები: Rusiya Ukrayna Əsgər
FaceBook Twitter Google