Marneuli sakinləri ictimai nəqliyyatla tətbiq edilmiş “komendant saatına” qarşı
16:29 / 01.12.2022
Marneulidə yaşam axşam saat 7-dən sonra dayanır. Bələdiyyə
nəqliyyatı hərəkətini dayandırdıqda və şəhərdə hərəkət etmək üçün
tanışların rast olacağı ümidi ilə və ya şəxsi cibimizdən asılı
olanda. Kəndlərdə vəziyyət daha ağırdır.
Bələdiyyə miqyasında 84 kənd var. Həmin kəndlərə Marneuli
meriyasının balansında olan yalnız 21 nəqliyyat vasitəsi hərəkət
edir. Xixani kəndi Marneulidən 32 km aralıda yerləşri. Beş ildir
ki, əhaliyə bir bələdiyyə nqəliyyatı həftədə dörd dəfə, saat
18:30-a qədər xidmət göstərir. Yerli sakinlər deyirlər ki,
nəqliyyat vasitəsi tez-tez sıradan çıxır və hərəkət etməkdə
çətinlik çəkir. Yeganə çıxış yolunu indi yerli özünüidarənin
reaksiyasında görürlər və bildirirlər ki, yeni, qaydasında işləyən
və artırılmış qrafik tələbi ilə bələdiyyəyə məktub
hazırlayırlar.
“Qışda donur. Yayda qapalıdır, pəncərələr yoxdur. Yer
olmur ki, bazardan aldıqlarımızı yerləşdirək. Çox
kiçikdir”, – Xixani sakini Nana Qabaidze
bildirdi.
Nana Qabaidze qeyd edir ki, kəndə özəl nəqliyyat da gedirmiş, amma
gediş haqqı yüksək olduğu üçün əhali yenə də müqayisədə ucuz olan
bələdiyyə nəqliyyatından istifadə etməyə üstünlük verib. Bələdiyyə
nəqliyyatı isə yalnız həftədə üç gün işləyir.
“Bazar ertəsi, çərşənbə və cümə günləri nəqliyyat
gəlmir, qalan günlərdə var. Amma bu gənclərin istifadə etməsi üçün
kifayət deyil. Məsələn, Marneuliyə idman zalına
getsinlər”.
Nadir hallarda gəlməsi ilə yanaşı bələdiyyə nəqliyyatı elə
vəziyyətdədir ki, tez-tez xarab olur və əksər hallarda iki reys edə
bilmi – Şuşana Beridze deyir.
“Nəqliyyat lazımdır. Bəzisinin xəstəsi var, həkimə
aparmalıdır. Elementar təqaüd və y asosial yardım almaq üçün bank
yoxdur. İstəsək də istəməsək də Marneuliyə qədər getməli oluruq.
Yerli özünüiarədən dəstək lazımdır. Hamı daha yaxşı olmağa çalışır
və biz də bunu istəyirik”, – Xixani sakini Nodar
Qabaidze bildirir.
Xixani nəqliyyatın davamlı hərəkət etmədiyi yeganə kənd deyil.
Təkəli əhalisi ən gec Marneulidən saat 6 da çıxa bilər. Əks halda
özəl taksiyə minməli və üçqat pul ödəməli olurlar.
“Mənim kəndində nqəliyyat maksimum saat 6-ya kimi
işləyir. Amma Marneulidə işimiz gec bitəndə, avtobusa çata
bilməyəndə, taksiyə 20 lari ödəməli oluram. Bu isə mənə iqtisadi
problem yaradır. 20 lari avtobusla gedəndə 5 günün xərcidir, amma
nəqliyyat olmadığına görə, birdəfəlik ödəyirəm”, –
Təkəli sakini Gülgün Məmmədli deyir.
Marneuli bələdiyyəsində cəmi iki nəqliyyat şirkəti –
“Ekspressturist” MMC və “Avtopark” xidmət göstərir.
“Ekspressturist” özəl şirkətdir, “Avtopark” isə bələdiyyənin
balansındadır. Saimerlo kəndi Marneulidən 6 km aralıda yerləşir.
Marneuliyə yaxın yerləşdiyini nəzərə alsaq hərəkət etmək elə də
çətin deyil. Ancaq problem olduqca böyükdür. Qeyd olunan kənddə
özəl, eləcə də bələdiyəə avtobusu fərqli qiymətə və fərqli qrafiklə
hərəkət edir. Meriyanın balansında olan bir avtobus kifayət deyil,
özəl şirkət nəqliyyat isə yaxşı işləmir və bahadır. “Əgər bəxtim gətirsə və bələdiyyə nəqliyyatı ilə hərəkət
etsəm Marneuliyə qədər 40 tetri ödəyirəm. Özəl marşrutka isə 70
tetridir. Yayda dözülməz qoxu olur, qışda isə soyuq. Bəzisinin
tutacağı, bəzisinin oturacaq və pəncərələri yararsızdır”,
– Saimerloda yaşayan qadın bildirir. O, gizliliyi qorumaq şərti ilə
bizə müsahibə verdi. “Problem özəl şirkət marşrutlarının özbaşına hərəkət
etməsidir. Mənim məhəlləmə gah gəlir gah da gəlmirlər. Bunların
qeyri-normal qrafikinə görə, evdən neçə dəfə tez çıxmışam. Amma
yenə də işə gecikmişəm. Oradan gələndə isə saat 7 dən sonra heç nə
olmur, bəzən saatlarla gözləməli oluram. Çox vaxt marşrut elə dolu
olub ki, minməmişəm və yolda qalmışam”.
Özəl şirkət Marneulidə köhnəlmiş nəqliyyatın, yeni qrafiklərin və
marşrutun əlavə edilməsini planlaşdır yoxsa yox. Akspressturistin
direktoru Yuri Samxaradze ümidveici cavab demir. Bizimlə söhbət
zamanı təsidlqədiyi yalnız nəqliyyat vasitələrinin yenilənməsi ilə
bağlı işlərin başlanmasıdır. “Nəqliyyatın yenilənməsi prosesinə başlanılıb, yavaş-yavaş
dəyişdiriləcək. Düşünürəm 2023-cü ilin yayında bu problem artıq
olmayacaq”, - Yuri Samxaradze bildirdi.
Marneuli meriyasının balansında olan şirkət, “Ekspressturist”
MMC-nin rəhbəri Qiqa Calağonia bildirdi ki, indiki mərhələdə
şirkətin nə yeni nəqliyyat təyin etmək, nə də yeni qrafik qoymaq
imkanı var. Heç Xixani kəndində də planlaşdırılmır, nəqliyyatın
həftədə 4 dəfə kəndə getməsinin mövcud vəziyyətdə kifayət olduğunu
hesab edir.
“Bizim avtobusların sayı meriyadan, neçəsini
alacaqlarından asılıdır. Bizim buna nə hüququmuz var nə də
imkanımız. Təxminən, 70 nəqliyyat vasitəsi lazımdır ki, bütün
Marneuliyə xidmət göstərilsin. Bizim indiki mərhələdə şəhərdə,
eləcə də kəndlərdə 11 xəttimiz var. Necə bacarırırqsa xidmət
göstəririk. İmkan olarsa niyə də yox, amma indiki mərhələdə
yoxdur”, – Qiqa Calağonia bildirib.
Yerli özünüidarədən Marneuli radiosuna bildirdilər ki, problemin
həlli məqsədi ilə ictimai nəqliyyatı mərhələli şəkildə alacaqlar.
Məsələn, 2023-cü ildə büdcədə 4 avtobusun alınması üçün pul
ayrılıb. 2021-ci ildə yerli özünüidarə beş ədəd avtobusu 1 498 500
lariyə alıb. Eyni miqdarda nəqliyyatın alınması yerli özünüidarəyə
2020-ci ildə 1 311 000 lariyə başa gəlib.