Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi yazıb ki, Avropa
İttifaqı Gürcüstanın işğal olunmuş ərazilərində Rusiyanın seçki
məntəqələrini qanunsuz hesab edir.
“Avropa İttifaqı Gürcüstanın suverenliyinə,
müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır”, -
X.-də dərc olunan bəyanatda deyilir.
Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın işğal olunmuş
rayonlarında Rusiya Federasiyasının prezident seçkilərinin
keçirilməsini və yerli əhalinin kütləvi şəkildə cəlb edilməsi
məqsədilə seçki məntəqələrinin qanunsuz açılmasını pisləyir. Bu
barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.