Marneuli “Soptskali” Seretelidə gələn çirkli suyun səbəbəini aşkarlaya bilməyib
Sereteli kəndində artıq bir həftədən artıqdır ki, çirkli su gəlir. Marneuli “Soptskali” MMC Marneuli Radiosunun dəfələrlə əlaqə saxlamasından sonra izah etdi ki, bu gün 13 sentyabrda Sereteliyə verilən içməli su borularının iki xəttini də tam nəzərdən keçiriblər.

Onların fikrincə çirkli su yeni nasos stansiyasına görə gəlir. Marneuli “Soptskali” MMC sabah 14 sentyabrda yeni nasosu söndərəcək və köhnə nasosu çalışdıracaq ki, həqiqətən də çirkli su Sereteli sakinlərinə yeni nasosdanmi gedir.

“Soptskali”-dən problemin nə zaman həll olacağına dair cavab vermirlər. Özləri qeyd edirlər ki, problemi hələ aşkarlaya bilməyiblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google